11 Oktyabr 18:14
17 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda mülki nüvə obyektlərinə zərbə endirmək ideyasının həyata keçirilməsi ciddi təxribat olardı.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“İranın dinc nüvə obyektlərinə hücum planları və ya təhdidləri həyata keçirilərsə, bu, çox ciddi təxribat olacaq”. – nazir qeyd edib.

Lavrovun iddiasına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramına kifayət qədər ciddi nəzarəti var və Tehranın nüvə proqramını hərbi kanala keçirməyə başladığına dair heç bir əlamət yoxdur.

“AEBA mütəmadi olaraq bu cür hesabatlar təqdim edir, biz bu peşəkar qiymətləndirmələrdən çıxış edirik”, - Rusiyanın baş diplomatı vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər