14 Oktyabr 12:49
11 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pilotsuz təyyarələr ABŞ-ın Virciniya ştatındakı Lenqli hərbi hava bazasında iki həftədən çox uçuş həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.

Bir neçə gecə aviabazanın əməkdaşları gün batdıqdan 45 dəqiqə - 1 saat sonra baza üzərində naməlum obyektlərin, yaxud PUA-ların görünməsi barədə məlumat veriblər. Pilotsuz təyyarələr bundan sonra cənubda ən böyük dəniz limanının yerləşdiyi Norfolk şəhərinə uçublar.

Pilotsuz təyyarələrin mənşəyi ilə bağlı məlumatı təsdiqləmək mümkün olmayıb. Səslənən versiyalar arasında həm həvəskar pilotsuz təyyarə, həm də Rusiya və ya Çinlə bağlı söhbətlər var.

Nəşr yazır ki, hərbçilər naməlum uçan obyektləri vurmayıblar, çünki belə hədəfləri hərbi bazaların yaxınlığında vurmaq təhlükə yaratmasa da, federal qanunla qadağandır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər