Birləşmiş Ştatlar keçmiş prezident Donald Trampa qarşı İranın təhdidlərini illərdir diqqətlə izləyir və Tehranın hər hansı bir Amerika vətəndaşına hücumunun ağır nəticələri barədə xəbərdarlıq edir.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savet deyib.
“Biz bunu ən yüksək prioritet olan milli və daxili təhlükəsizlik məsələsi hesab edirik və İranı bu həyasız təhdidlərə görə şiddətlə qınayırıq.
İran vətəndaşlarımızdan hər hansı birinə, o cümlədən ABŞ-a xidmət etməyə davam edən və ya əvvəllər xidmət etmiş şəxslərə hücum edərsə, ağır nəticələrlə üzləşəcək”, - ölkə rəsmisi vurğulayıb.