23 Oktyabr 23:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honq-Konq hakimiyyəti mümkün kibertəhlükəsizlik təhdidlərinin qarşısını almaq üçün əksər dövlət işçilərinə "WhatsApp", "WeChat" və "Google Drive"dan iş kompüterlərində istifadəni qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Honq-Konqun İnnovasiyalar və Texnologiyalar üzrə katibi Sun Dong artan kibertəhlükələri əsas gətirərək qadağanın zəruriliyini vurğulayıb. Qadağaya baxmayaraq, məmurlar bu xidmətlərdən şəxsi cihazlarında istifadə edə biləcəklər.


Müəllif: Arzu

Oxşar xəbərlər