23 Oktyabr 21:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəqiqələrdə Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRİKS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Dövlət başçısı “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamlayıb.

Qeyd edək ki, BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər