00:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Livanın cənubundakı liman şəhəri Tirə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Zərbələrdən əvvəl İsrail ordusu şəhərin bir sıra məhəllələrini bombalayacağı barədə xəbərdarlıq edib.

Yerli hakimiyyət orqanları səsgücləndiricilərdən istifadə edərək, vətəndaşları təhlükəli əraziləri tərk etməyə çağırıb.

Hələlik ölən və xəsarət alanlar barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər