23 Oktyabr 22:44
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Livandakı xidmət müddəti daha bir il müddətinə uzadılıb.

Teleqraf.com xəbər verir ki,ölkə başçısının müvafiq qərarı Türkiyə Böyük Millət Məclisində qəbul edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti İşçi Qrupunun tərkibində xidmətə başlayıb. İcazənin müddəti hər il uzadılıb. Bu çərçivədə, son təklif 6 oktyabr 2023-cü ildə parlamentdə qəbul edilib. Sənədin müddəti oktyabrın 31-də başa çatır.

Livanda 92 türk əsgəri var. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 11 avqust 2006-cı il tarixli qərarına əsasən yaradılmış “beynəlxalq sülhməramlı qüvvələr”də 50-yə yaxın ölkədən 10 mindən çox əsgər xidmət edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər