23 Oktyabr 21:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkiyənin Aerokosmik Sənayesi Şirkətinə qarşı törədilən terror aktını pisləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT sözçünün müavini Farhan Haq hücumla bağlı yazılı açıqlama verib.

Haq, mövzu ilə bağlı detallı məlumat almağa davam etdiklərini bildirib.

“Baş katib mülki şəxslərə qarşı edilən bu hücumu pisləyir. Həlak olanların ailələrinə başsağlığı verir”.

Qeyd edək ki, Antonio Quterreş hazırda BRİCS sammiti ilə bağlı Rusiyanın Kazan vilayətində səfərdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər