23 Oktyabr 23:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birləşmiş Ştatlar müttəfiqimiz Türkiyənin yanındadır və bugünkü terror aktını qətiyyətlə pisləyir. Mənim dualarım qurbanlar və onların ailələri ilədir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bu gün Türkiyənin paytaxtı Ankarada baş vermiş terror aktına münasibət bildirərkən öz “X” hesabında yazıb.

Qeyd edək ki, bu gün Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) terror hücumu olub.

Hücum zamanı 5 nəfər ölüb, 22 nəfər isə yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər