00:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada messencerlər vasitəsilə zənglər məhdudlaşdırıla bilər.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Roskomnadzorun rəhbəri Andrey Lipov məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə vətəndaşları fırıldaqçılardan qorumaq üçün xarici messencerlərə zənglərə icazə verilməsi baxımından tələblər toplusu hazırlaya bilərlər.

O qeyd edib ki, istifadəçilərə müəyyən zənglərin qəbulunu müstəqil şəkildə məhdudlaşdırmaq imkanı verilməlidir. Lipov əlavə edib ki, belə bir tələb yerinə yetirilməyənə qədər messencer vasitəsilə zənglərə icazə verilməyəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər