20:31
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş katibi Antonio Quterreş İsrail və İranı regional müharibənin qarşısını almaq üçün hər cür səy göstərməyə çağırıb, həmçinin bütün hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

“Baş katib tərəfləri Qəzza və Livan da daxil olmaqla, bütün hərbi əməliyyatları dayandırmağa və genişmiqyaslı regional müharibənin qarşısını almaq və diplomatiya yoluna qayıtmaq üçün səylər göstərməyə çağırışını qətiyyətlə təkrarlayır”, – bəyanatda vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər