2 Dekabr 21:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri — Maka Boçorişvili və Ceyhun Bayramovun bu gün apardığı telefon danışığında Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün vacibliyi bir daha vurğulanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, M.Boçorişvili azərbaycanlı həmkarına Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyinə görə təşəkkürünü bildirib. XİN başçısı Gürcüstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini vurğulayıb.

Nazirlər Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar və əməkdaşlığın dərinləşdirilməsinə hazırlıq ifadə ediblər. Ölkələr arasında yüksək səviyyədə qarşılıqlı səfərlərin dinamikasının saxlanılmasının vacibliyi də qeyd olunub.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər