Cənubi Koreya polisi hərbi vəziyyətin tətbiqi ilə bağlı aparılan istintaq çərçivəsində Hərbi Kəşfiyyat Komandanlığının indiki və keçmiş rəhbərlərini həbs edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
"Polis xüsusi istintaq qrupu hazırkı komandir general-mayor Mun Sanq-ho və komandanlığın keçmiş komandiri Roh Sanq-vonu saxladığını bildirib", - məlumatda deyilir.
Agentliyin məlumatına görə, prezident Yoon Seok-Yeol qəfildən hərbi vəziyyət elan etdikdən sonra Mun Qvaçeondakı Milli Seçki Komissiyasının ofisinə qoşun göndərməkdə şübhəli bilinir. Ordu iki dəqiqə ərzində hadisə yerinə gəldi və bu, hüquq-mühafizə orqanlarının prezidentin hərbi vəziyyət elan etmək niyyətindən xəbərdar olduğunu və ya onun tətbiqində iştirak etdiyini güman etməyə səbəb olub.