11:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda adam oğurluğunda ittiham olunan Rövşən Eyyubov, Tuncay İmanov, Famil Hacıxanov və Vəli Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər Balakərim Umudovu cəzalandırmaq məqsədilə oğurlayıblar. Hadisə 24 dekabr 2023-cü ildə baş verib. Gecə saatlarında Balakərim Umudovun təqsirləndirilən şəxslərdən birinin yaxın qohumu ilə münasibəti olmasını müəyyən ediblər. Buna görə də onu cəzalandırmaq üçün oğurlayıblar və Lökbatan qəsəbəsində binalardan birinin zirzəmisində saxlayıblar.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslərin hər biri elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Növbəti proses 2025-ci il yanvarın 13-də davam edəcək.

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər