08:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada keçmiş ədliyyə nazirinin müavini Marçin Romanovskinin ələ keçirilməsinə köməklik edənə yanğınsöndürən maşını hədiyyə ediləcək.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Polşa baş nazirinin ofisi məlumat yayıb.

"Romanovskini ilk tutan şəxs yanğınsöndürən maşını alacaq" -baş nazir aparatının rəhbəri Yan Qrabek deyib.

Hazırda müxalifətdə olan “Qanun və ədalət” partiyasından olan Seymin deputatı Romanovski Ədalət Fondundan vəsaitlərin qanunsuz xərclənməsi ilə bağlı cinayət işində əsas şübhəlilərdən biri hesab olunur.

Əvvəlcə onun deputat toxunulmazlığı Avropa Şurası, daha sonra isə əlavə olaraq Polşa parlamenti tərəfindən götürülüb.

Polşa mətbuatının yazdığına görə, toxunulmazlığı götürüldükdən sonra Romanovski xəstəxanada olsa da, dekabrın 6-da evə buraxılıb və telefonunu söndürüb. Prokurorluq onu axtarışa verib. Polşa hüquq-mühafizə orqanlarının məlumatına görə, Romanovski Şengen zonasını tərk etməyib, öz adına aviabilet almayıb və Aİ sərhədlərini keçməyib . Ola bilsin ki, o, Polşada gizlənir.


Müəllif: Arzu

Oxşar xəbərlər