Pakistan Hərbi Hava Qüvvələri (HHQ) Əfqanıstanda terrorçuların gizləndiyi iddia edilən yerlərə bir neçə zərbə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın “Hindustan Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, zərbələr sərhəddə yerləşən Paktika əyalətinə endirilib. Ehtimallara görə, zərbə endirilən yerlər Pakistanda qadağan olunmuş “Təhrik-i-Taliban Pakistan” radikal təşkilatının silahlıları üçün sığınacaqlar və təlim mərkəzi olub.
Əfqanıstanın Müdafiə Nazirliyi hücumları pisləyib. Nazirlik Pakistanın bu hərəkətini beynəlxalq hüququn pozulması adlandırıb.
“Bu birtərəfli hərəkətlər heç bir problemin həlli deyil. Əfqanıstan hücuma cavab olaraq öz ərazisini müdafiə etmək hüququnu özündə saxlayır”, - departamentin bəyanatında deyilir.