27 Dekabr 19:18
282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyda Əsədin həyat yoldaşı və qızı saxta pasportlarla Beyrutu tərk etmək istəyərkən Livan təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Livanın “An-Nahar” qəzeti məlumat yayıb.

“Livan məhkəməsi Dureyda Əsədin həyat yoldaşı və qızının saxta xarici pasportları aşkarlandıqdan sonra onların həbsinə qərar verib. Dureyda Əsəd devrilmiş prezident Bəşər Əsədin əmisi Rifat Əsədin oğludur”, - nəşr yazır.

Bundan əvvəl Livanın hüquq-mühafizə orqanları yüksək rütbəli siyasətçilərin və Suriyanın keçmiş rəhbərliyinin təhlükəsizlik qüvvələrinin nümayəndələrinin Livan ərazisində olması ilə bağlı məlumatları rəsmən təkzib etmişdilər.


Müəllif: Arzu

Oxşar xəbərlər