Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu "X" səhifəsindəki paylaşımında bildirib.
Komissiya qəzanın səbəblərini araşdıracaq, texniki və əməliyyat təhlilləri aparacaq.
Nümayəndə heyətinin yaxın saatlarda Bakıya yola düşəcəyi və sabahdan etibarən işə başlayacağı bildirilir.