Britaniyanın neft-qaz şirkəti "Shell Pulau" Bukom adasındakı neft emalı zavodunu bağlayıb.
Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Sinqapurun Dəniz-Liman İdarəsi və Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, şirkətin fəaliyyətini dayandırmasına səbəb bir neçə ton neft məhsulunun, eləcə də xammalın emalı prosesində istifadə olunan suyun dənizə sızması olub. Şirkət sızmanın qarşısını almaq və neft məhsullarının ətraf mühitə yayılmasının qarşısını almaq üçün tədbirlər gördüyünü bildirib. Yağ təbəqəsinin səthini təmizləmək üçün əraziyə gəmilər göndərilib.