27 Dekabr 17:44
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Quba şəhərində vətəndaş qəbulu keçirib.

Teleqraf.com xəbər verir ki, müvəkkil qəbul üçün müraciət etmiş 2-si şəhid ailəsi üzvü olmaqla, 14 nəfərin hər birini fərdi qaydada qəbul edib. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.

Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər