"Gürcüstanın hazırkı prezidenti Salome Zurabişviliyə qarşı həbs hədələri qəbuledilməzdir".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Addad "X"sosial şəbəkəsində paylaşımında deyib.
“Gürcü Arzusu"nun prezidenti həbslə hədələməsi qəbuledilməzdir və Avropaya inteqrasiyanın heç bir perspektivi ilə bir araya sığmır. Nümayişçilərə qarşı zorakılıq və hədə-qorxu dayandırılmalıdır”, - o yazıb.
Addad həmçinin vurğulayıb ki, Paris gürcü əhalisinin Avropa və demokratik istəklərini dəstəkləməyə davam edir.