01:42
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynadakı münaqişənin həlli ilə bağlı müzakirələr prezident Vladimir Zelenskinin razılığı olmadan keçirilə bilməz".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Slovakiyanın sülh danışıqları üçün platforma təklifini şərh edərkən deyib.

“Biz, əlbəttə ki, əmin olmaq istəyirik ki, harada keçirilməsindən asılı olmayaraq, münaqişə yalnız Zelenskinin tam razılıq əsasında həll olunacaq”, - Kirbi bildirib.

Ağ Ev sözçüsünə görə, Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün danışıqlarda iştirak etmək istəyən hər bir ölkə Zelenski və ukraynalılarla həmrəy olmalıdır.


Müəllif: Arzu

Oxşar xəbərlər