27 Dekabr 17:11
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda 14 xəstəmiz var. Xəstələrdən birinin vəziyyəti ağır olaraq dəyərləndirilir, reanimasiyadadır. Digər xəstəmizin vəziyyəti orta-ağırdır, o da stasionar müalicə alır. Bir xəstəmiz isə kafi vəziyyətdədir”.

Teleqraf.com xəbər verir ki, bunu Yeni Klinikanın baş həkimi Eldar Əhmədov Qazaxıstanda qəzaya uğramış təyyardən sağ çıxan yaralıların vəziyyətindən danışarkən deyib.

O bildirib ki, xəstələrin ümumi diaqnozları bədənin müxtəlif hissələrində küt travmalar, müxtəlif bədən cızıqları, yüngülvari sümük sınıqlarıdır:

“Xəstələrin müalicəsi konservativ olaraq aparılır. Yalnız bir xəstəmizdə baldır sümüyünün açıq qəlpəli sınığıdır. Onun da əməliyyatı planlaşdırılır. Çox güman, sabah o xəstə əmliyyata alınacaq”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər