27 Dekabr 21:31
208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hakimiyyəti ABŞ və Dünya Bankından 485 milyon dollar yardım alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz "Telegram" kanalında bildirib.

Baş nazirin sözlərinə görə, bu vəsaitin təqribən 465 milyon dolları ABŞ tərəfindən USAİD vasitəsilə köçürülüb, 20 milyon dolları isə Dünya Bankından ölkə büdcəsinə daxil olub. Şmıqal əlavə edib ki, köçürülən vəsait sosial və humanitar xərclərin kompensasiyasına yönəldiləcək.


Müəllif: Arzu

Oxşar xəbərlər