27 Dekabr 20:40
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev Bakı-Qroznı reysinin Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuş ola biləcəyinə dair “ilkin əlamətlər görüb”.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi bildirib.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.

Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Qəzanın kənar müdaxilə nəticəsində baş verdiyi bildirilir.


Müəllif: Arzu

Oxşar xəbərlər