27 Dekabr 21:03
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, prezident bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"Hər bir insan həyatı qiymətlidir və hər bir itki həqiqəti müəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir. Qəza yerindəki aydın əyani sübut Rusiyanın bu faciəyə görə məsuliyyət daşıdığını göstərir. Əgər Rusiya yalan yaymağı seçərsə, biz həqiqəti bərqərar etmək və ədaləti təmin etmək üçün Moskvaya bütün beynəlxalq təzyiqləri birləşdirməliyik" - Zelenski paylaşımında deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər