ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Co Vilson Gürcüstan prezidenti Salome Zurabişvilini Donald Trampın andiçmə mərasiminə dəvət edib.
Teleqraf.com xəbər verir ki, konqresmen bu barədə “X” hesabında yazıb.
O, S.Zurabişvilini Gürcüstanın yeganə qanuni lideri adlandırıb.
“Mən onun İvanişvili və onun dostları - Çin Kommunist Partiyası və İran rejiminin hücumları qarşısında göstərdiyi cəsarətə heyranam”, C. Vilson yazıb.
Qeyd edək ki, S.Zurabişvilinin Gürcüstan prezidenti kimi səlahiyyətləri dekabrın 29-da başa çatır. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.