Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda “Türk axını” qaz kəmərinin kompressor stansiyasına hücumu Mərkəzi Avropanın enerji təchizatını təhdid edib.
Teleqraf.com xəbər verir ki, bunu Baş nazir Viktor Orbanı Belqradda Serbiya prezidenti Aleksandr Vuçiçlə danışıqlarda müşayiət edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
“Müflis olmuş demokratik ABŞ administrasiyası Mərkəzi Avropada enerji təchizatının təhlükəsizliyini təmin etməyi açıq şəkildə çətinləşdirən bir sıra sanksiya tədbirlərini qəbul etdi. Sonra Ukrayna Rusiyadan təbii qazın tranzitini dayandırmaq qərarına gəldi və “Türk axını” qaz kəmərinə hücum etdi. Bu addımlar Mərkəzi Avropanın enerji təchizatının təhlükəsizliyini təhdid edib. Mərkəzi Avropada enerji təhlükəsizliyi və qiymət sabitliyi təhdid altındadır”, - P.Siyarto qeyd edib.