Trampın yeni adminstrasiyası Venesuelada rejimin dəyişməsini istəyir.
Teleqraf.com xəbər verir ki, "Axios" nəşri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşavirinə istinadən bu barədə yazıb.
Müşavir onu da bildirib ki, bunun üçün hərbi əməliyyatlar vacib deyil. O bildirb: "Biz Maduronun Moskvaya, Əsədə qonşu getməsinə qəti etiraz etməzdik".
Məlumatda o da qeyd olunur ki, dövlət katibliyinə namizəd Marko Rubio Konqresdəki dinləmələrdə Venesuelanın "narkotik ticarəti ilə məşğul olan qurumları idarə etdiyini" bildirib. Bundan başqa, o, Venesuelanın İrana pilotsuz təyyarələr istehsalında yardım etdiyini də deyib.