Ukraynaya və Böyük Britaniyaya Azov dənizində yer yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"2022-ci ilin sentyabr ayında Donetsk , Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşməsindən sonra Azov dənizi Rusiyanın daxili dənizi oldu. Bu akvatoriyaya dair hər hansı iddialar ölkəmizin daxili işlərinə kobud müdaxilə sayılır və sərt şəkildə qarşısı alınacaq", – diplomat bildirib.