ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsi mənasız olardı, çünki Vaşinqton artıq bu adaya məhdudiyyətsiz girişə malikdir.
Teleqraf.com xəbər verir ki, bunu adanın ən böyük müxalifət partiyası "Naleraka"nın sədri və keçmiş xarici işlər naziri Pele Broberq deyib.
"Burada nəyə hücum etmək olar? Danimarka dəniz donanmasına? Bu iki saniyədə həll olar. Amerikalıların Qrenlandiyaya məhdudiyyətsiz giriş imkanı var. Buna görə də güc tətbiqi ilə hər hansı bir ssenari məntiqsizdir”, - o vurğulayıb.