ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-də fəaliyyətini dayandıran sosial media platforması "TikTok"-u “xilas etməyə” çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
""TikTok"u xilas edin!", - deyə qeyd edib.
Xatırladaq ki, 2024-cü ilin aprelində ABŞ-nin hazırkı prezidenti Co Bayden qanun imzalayıb. Qanuna görə platforma 2025-ci il yanvarın 19-dək Amerika şirkətinin nəzarətinə keçməlidir, əks halda onun ölkədə fəaliyyəti qadağan olunacaq. Artıq "TikTok" ABŞ -də bloklanıb.