Rusiyanın Kursk vilayətində gün ərzində dördüncü dəfə raket xəbərdarlıq siqnalı işə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə regional əməliyyat qərargahının Telegram kanalında məlumat verilib.
“Kursk bölgəsi: Raket təhlükəsi: Evinizdəsinizsə, möhkəm divarları olan pəncərəsiz otaqlara sığınmaq lazımdır: Dəhlizdə, vanna otağında, küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin” - mesajda deyilir.
Daha sonra regional əməliyyat qərargahı raket xəbərdarlığının ləğv edildiyini bildirib.