Sumqayıtda fərdi yaşayış evində baş verən yanğın söndürülüb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunur ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha da genişlənməsinə, o cümlədən qonşu evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.