13:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsxanada olan Cənubi Koreya prezidenti Yun Sok Yol tərəfdarlarının Seulun Qərb Bölgə Məhkəməsinə hücumunu pisləyib və onları öz fikirlərini sülh yolu ilə bildirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

“Prezident səhər saatlarına qədər hadisə yerində qalan bir çox vətəndaşın haqsızlıq və qəzəb hissini tam başa düşdüyünü vurğulayıb. Bununla belə, o, hamını öz mövqeyini dinc yolla bildirməyə çağırıb”, - deyə prezidentin vəkili bildirib.

Yun polisə də müraciət edərək, vəziyyətin sülh yolu ilə həll edilməsi üçün onlardan sərt deyil, çevik davranmalarını istəyib.


Müəllif: Pərvin Cəfərova