Nigeriyada yanacaq daşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 86-ya çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Thisday Live" portalı xəbər verib,
Nigeriyanın qərbindəki Niger əyalətinin Dikko kəndində baş vermiş hadisə yerində dağıntıların təmizlənməsi davam edir. Yaralılara yerli xəstəxanalarda tibbi yardım göstərilir.
Hadisə şahidlərinin sözlərinə görə, bir gün əvvəl 60 ton yanacaq daşıyan yük maşını yolda aşıb. İçindəkiləri vurmaq üçün başqa bir yanacaq maşını gəldi. Qəza yerinə yaxınlaşan yerli sakinlər ətrafa dağılmış yanacağı yığmağa çalışıblar. Bu zaman partlayış, sonra isə yanğın olub.