İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan palataya köçürülüb.
Bu haqda Teleqraf.com-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
O bildirib ki, Ə.Həsənov iki gün öncə insult keçirib.
"Üç gündür ki, xəstəxanadayıq. Bu gün atam xəstəxananın reanimasiya şöbəsindən palataya köçürülüb. Atamı müalicə üçün xəstəxanaya gətirmişdik, bir müddət idi ki, səhhəti yaxşı deyildi. Elə burada insult keçirdi. İndi həkimlərin nəzarətindədir və səhhəti normaldır",- deyə qızı açıqlayıb.
Qeyd edək ki, aktyor 26 nömrəli Mərdəkan Xəstəxanasında müalicə olunur.