Fələstinin HƏMAS 3 israilli qadın girovu azad edib.
Teleqraf.com xəbər verir ki, girovlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib.
Qeyd edək ki, Qəzza zolağında bu gün səhər saatlarında planlaşdırılan atəşkəs təxirə salınmışdı. İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın İsrailə azad edilməli olan girovların siyahısını verməyənə qədər atəşkəsin başlanmayacağını demişdi. Bir müddət sonra İsrail hökuməti HƏMAS-dan mübadilə müqaviləsi çərçivəsində təhvil veriləcək girovların siyahısını aldığını açıqlayıb.