Azərbaycan Premyer Liqasında XIX turun son matçında "Neftçi" və "Sabah" komandaları üz-üzə gəlib.
Teleqraf.com xəbər verir ki, “Neftçi Arena”da keçirilmiş görüş bərabərliklə yekunlaşıb - 1:1.
“Sabah” komandasının futbolçusu Boyan Letiç 78-ci dəqiqədə hesabı açsa da, Andrey Ştoqrin cəmi bir dəqiqə sonra “Neftçi”nin bərabərlik qolunun müəllifi olub.
Bununla da xallarını 18-ə çatdıran "Neftçi" 7-ci pilləyə yüksəlib. “Sabah” isə 28 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" "Şamaxı"ya qalib gəlib - 3:2. İkinci oyun günündə “Zirə” evdə “Araz-Naxçıvan”ı - 1:0, "Səbail" səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib. Son günün ilk matçında isə "Kəpəz" "Turan Tovuz'a heç bir şans verməyib - 5:2.