26 Yanvar 11:59
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika lideri Donald Tramp mətbuat konfransında tərəfdarı, amerikalı sahibkar İlon Maska Ağ Evdə ofis verilib-verilməməsi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bura İlonun ofisi deyil. Bu məkanda təxminən 20 nəfər işləyəcək” - deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, dövlət işçiləri burada müxtəlif tapşırıqları yerinə yetirəcəklər.

Yanvarın 21-də Tramp tərəfdarı İlon Maskın başçılıq etdiyi hökumətin səmərəliliyinin artırılmasına yönəlmiş yeni strukturun yaradılması haqqında sərəncam imzalayıb.

Yeni qurumun əsas məqsədi dövlət xərclərini optimallaşdırmaq və federal proqram təminatını özəl sektorda qəbul edilən səviyyəyə yüksəltmək olacaq.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər