02:43
233
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın və ABŞ-nin güc strukturları "BalticSummer" yük gəmisininin rus dənizçilərdən ibarət ekipajını saxlayıblar.

Teleqraf.com xəbər verir ki, gəmi Sankt-Peterburqdan Ekvador limanı olan Puerto-Bolivara doğru istiqamət alıbmış. Portuqaliya sahillərinə yaxın neytral sularda Bohem bayrağı altında üzən gəmi ispan hərbi-dəniz qüvvələrinin hərbçiləri və ABŞ-nin Federal Tədqiqatlar Bürosunun əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyatlarda 20 nəfər hərbçinin iştirak etdiyi bildirilir. Dənizçiləri üç gün Viqo limanında saxlayıblar. Onlar Cənubi Amerikadan qaçaqmal gətirməkdə ittiham olunublar.

İyirmi üç dənizçinin təyinat limanında azad olunacağı qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər