01:39
245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya hökuməti satış məntəqələrində uşaqlara bıçaq satışını qadağan etmək istəyir.

Teleqraf.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, Sautport şəhərində rəqs dərsində üç uşağı qətlə yetirən yeniyetmənin ötən həftə məhkəmədə günahını etiraf etməsindən sonra bu məsələ aktuallaşıb.

Baş nazir Kir Starmer, ötən ilin iyul ayında Aksel Rudakubananın törətdiyi bıçaqlı hücumu Britaniya tarixinin ən dəhşətli hadisələrindən biri kimi qiymətləndirib və bu faciənin baş verməsinə səbəb olan nöqsanların araşdırılması üçün ictimai istintaq başladılıb.

Mövcud qanunvericiliyə əsasən, Britaniyada pərakəndə satıcılar 18 yaşdan aşağı şəxslərə bıçaq satmamalı olasalar da, bu sahədə boşluqlar var.

Daxili işlər naziri İvet Kuper, ötən həftə parlamentdə çıxış edərək, 17 yaşlı A.Rudakubananın onlayn yolla bıçaq ala bilməsini utancverici adlandırıb: "Onlayn alışda yalan doğum tarixi daxil etmək çox asandır, bağlamalar isə asanlıqla qapının ağzına qoyulur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər