Aleksandr Lukaşenko seçkilərdə 86,82% səslə öndədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarında deyilir.
İlkin məlumatlara görə, Lukaşenkoya seçicilərin 86,82 faizi səs verib.
MSK sədri İqor Karpenko bildirib: "Belarus Respublikasını təbrik edə bilərsiniz, biz prezidentimizi seçdik".