26 Yanvar 20:06
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Belarusda keçirilən prezident seçkilərini uydurma hesab edir.

Teleqraf.com xəbər verir ki, Aİ rəsmisi Kaja Kallas və genişlənmə üzrə Avropa komissarı Martha Kos Belarusda bu gün keçirilən seçkiləri saxta, qeyri-azad və ədalətsiz hesab ediblər.

Sənəddə vurğulanır: “Rejimin seçkilərə cəmi 10 gün qalmış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu dəvət etmək qərarı bu müstəqil qurumun seçki prosesinin əsas mərhələlərinə çıxış əldə etməsinə mane olub. Bu, seçkilərə tam inamsızlığın bir daha sübutudur”.

Aİ bəyan edib ki, onlar vətəndaş cəmiyyətinə, mühacirətdə olan Belarus demokratik qüvvələrinə və Belarus mədəniyyətinə maliyyə dəstəyi verməklə, rejimə qarşı məhdudlaşdırıcı və məqsədyönlü tədbirlər tətbiq etməyə davam edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər