İsrail əsgərlərinin İordan çayının qərb sahilində bir neçə qəsəbə və kəndə təşkil etdiyi basqınlarda biri uşaq olmaqla iki fələstinli yaralanıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, basqının məqsədi Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması əsasında azad edilən fələstinlilərin ailələrinin bayram keçirmələrinin qarşısını almaqdır.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada basqın nəticəsində yaralanan 14 yaşlı fələstinli uşağı transfer etdiyi bildirilib.