26 Yanvar 13:53
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan Avropa İttifaqı ilə "oynamağa" başlayıb. Çox təhlükəli oyundu. Paşinyanı sakitləşdirin. O, Ermənistanı məhv edəcək. O, həm də Rusiyanı özünə qarşı qoyur. O, mühasirəyə alınıb"

Teleqraf.com "BELTA"ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında bildirib.

Aleksandr Lukaşenko Ermənistan rəhbərliyinin Belarusa qarşı incikliyindən də danışıb.

"Onlar məndən inciyirlər, çünki mən Azərbaycanı dəstəkləmişəm. Mən həmişə sağlam düşüncənin tərəfdarı olmuşam, müharibənin olmaması, bir-birimizlə vuruşmamağımız tərəfdarı olmuşam"- deyə Lukaşenko qeyd edib.

Prezident xatırladıb ki, o, vaxtilə Azərbaycan və Ermənistan liderləri arasında faktiki olaraq vasitəçilik funksiyasını yerinə yetirib, ərazi mübahisəsinin sülh yolu ilə həllinə yardım etməyə çalışıb.

"Baş verənlər Ermənistan rəhbərliyinin günahıdır. Yalnız onların günahı var", - prezident vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər