Ötən il prokurorluq orqanları tərəfindən 75 milyon 300 min 895 manat məbləğində ziyanın ödənilməsi təmin edilib. 33,4 milyon manatlıq əmlaka həbs qoyulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev geniş kollegiya iclasında məlumat verib.
"Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub", - deyə o əlavə edib.