03:05
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman hökuməti Rusiyanın Leninqradın mühasirəsindən sağ çıxan vətəndaşlarına kompensasiya ödəməkdən imtina edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Berlindəki səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlikdən bildiriblər ki, Almaniya, milli mənsubiyyətindən asılı olmayaraq, mühasirədən çıxan heç kəsə yardım ödəməyəcək. Berlinin mövqeyində bu baxımdan heç bir dəyişiklik müşahidə olunmur.

Rəsmi Moskva hesab edir ki, almanlar "mühasirəçilərə" kompensasiya ödəyəcəkləri təqdirdə, faşizm zülmündən əziyyət çəkən başqa xalqlarının təmsiçilərindən də çoxsaylı iddaların olacağından narahatdırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər