Narkobaron Luis Manuel Pikadu Qrixalbanı London aeroportunda saxlayıblar.
Teleqraf.com xəbər verdi ki, onun yerini arvadının sosial şəbəkədə yerləşdirdiyi şəklə əsasən tapıblar.
"La Prensa" qəzetinin yaydığına görə, ABŞ-nin narkotiklərlə mübarizə idarəsi narkobaronu bir neçə aydır ki, axtarırmış. O, ABŞ-yə kokain keçirməkdə şübhəli bilinir.
Jurnalistlərin yazdığına görə, Qrixalba nadir hallarda arvadı ilə səyahətə çıxırmış. Amma o, özünə və uşaqlarına Avropaya səyahət üçün bilet alıb. Narkobaron gizləndiyi Paris şəhərində arvadı ilə görüşüb. Əri ilə görüşəndən sonra qadın bir neçə dəfə "Instagram"-da paylaşım edib. Bu paylaşımlardan birində cütlüyün Eyfel qülləsinin yanında dayandıqları görünür.
Şəkillərə əsasən narkobaronun yerini müəyyən etmək mümkün olub.