Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin BƏƏ-yə səfəri başlayıb.
Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısını Əbu-Dabi beynəlxalq hava limanında BƏƏ-nin dövlət naziri Əhməd Əli Əl-Sayeğ qarşılayıb.
***
15:35
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə yollanıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.
Məlumata əsasən, İ.Kobaxidze BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək Əl-Nəhyanla görüşəcək.
Səfər çərçivəsində ən böyük developer şirkətlərdən biri olan "Emaar" şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalanacaq. Sənədə əsasən, Gürcüstana çoxmilyardlı sərmayələr yönəldiləcək.
Bununla yanaşı, BƏƏ-nin investisiya və logistika şirkətlərinin nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr də aparılacaq.
İ.Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyətinə baş nazirin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, Tbilisi meri Kaxa Kaladze, Acarıstanın hökumət başçısı Tornike Rijvadze və Gürcüstanın hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.